
“Qeyri-sabit hava şəraiti ilə bağlı bütün sürücülərdən zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi xahiş edirik”.
Modern.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev sürücülərə müraciətində deyib.
O bildirib ki, sürücülər texniki vəziyyəti nasaz olan (xüsusilə əyləc sistemi nasaz olan), eləcə də mövsümi şinləri olmayan avtomobillərlə yollara çıxmasınlar.
“Nəzərə alsınlar ki, belə nəqliyyat vasitələrinin sürüşmə halları daha çox olur. Nəticədə hansısa xoşagəlməz hallar baş verə bilir” – polis mayoru vurğulayıb.