Şəxsi uğura işarə edən faktorlar – Alimlərin araşdırması

Hər birimiz şəxsi uğura necə nail olmaqda maraqlıyıq. Müəyyən keyfiyyətlərin inkişafı buna kömək edə bilər. Bu barədə tanınmış insanların çoxsaylı tərcümeyi-halları və memuarları xəbər verir. Bəs onlar nə dərəcədə elmi cəhətdən öz təsdiqlərini tapıblar? Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan yeni işdə alimlər ilk dəfə olaraq müxtəlif şəxsi keyfiyyətlərin uğurun qazanılmasındakı rolunun statistikasını təqdim ediblər.

Milletinsesi.az bizplus.az-a istinadən bildirir ki, araşdırmaçılar ABŞ Hərbi Akademiyasının 11 min kursantı üzərində təhlil aparıblar. Qəbul proseduru, işin icraçıları üçün məhz bu insan qrupunu öyrənməyə səbəb olub. Bu iki illik prosesin mərhələlərindən biri ” heyvan kazarmaları” adlanır. Bu mərhələdə kursant altı həftə özündən yuxarı kursda olan kursantın rəhbərliyi altında olur və onun bütün əmrlərinə tabe olmağı öyrənir. Bu mərhələdən sonra 100 iştirakçıdan ortalama üçü seçilir.

Alimlər 12 il ərzində Vest Point Akademiyası ilə əməkdaşlıq ediblər. Nəticədə onlar 11 258 gənc barədə məlumat toplayıblar və onların hər birinin 12 punkt üzrə intellektual və fiziki bacarıqlarını, xarakterini qiymətləndirilər. Araşdırmaçılara həmçinin, abitüriyentin altı aylıq təlimi keçib-keçməməsi, akademiyanı bitirib-bitirməməsi və diplomadakı otra balının neçə olması barədə məlumatlar təqdim edilib.

Əldə etdikləri məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, yüksək uğur ehtimalı xarakterin gücünü təyin edir – məqsədə çatmaqda ardıcıllıq və əzmkarlıq da daxil olmaqla bir çox cəhətlərin toplusu. Nə qədər “möhkəm” olsanız, altı aylıq təlim zamanı və ya sonra təhsili yarımçıq buraxmaq ehtimalınız da az olacaq.

Kursantın zəkası yüksək akademik qiymətlər almaqda təyinedici faktor olub. Daha yüksək koqnitiv bacarıqlara malik olan tələbələr buraxılış testləri zamanı ən yaxşı nəticə göstəriblər və  daha yüksək ortalama diplom balı qazanıblar. Bundan başqa, məlum olub ki, fiziki bacarıqlar və qətiyyət uzunmüddətli perspektiv üçün əsasdır.

Share: