Rusiya S-400 hava hücumundan müdafiə sistemini 2020-ci ilin yazında Türkiyə ordusunun xidmətinə verəcək.
Bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Dmitriy Şuqayev bildirib.
Şuqayev türkiyəli hərbçilərə keçirilən təlimlərin bu ilin sonuna qədər başa çatacağını qeyd edib.
Rusiyalı mütəxəssis 5-ci nəsil qırıcıların Türkiyəyə satıla biləcəyinə də işarə edib. O qeyd edib ki, tərəflər məsələ ətrafında müzakirələri davam etdirirlər./teleqraf