Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib.
Milletinsesi.az xəbər verir ki, müraciətində o cinayət işi üzrə ona məhkəmə dinləmələrinin təyin edilmədiyini söyləyib:
“1 oktyabrda məni həbs edib, həbsxanaya yerləşdiriblər. Həbs iki məhkəmə qərarına əsaslanır ki, onu da dünyada heç kim tanımır. Məni heç bir dinləmə həyata keçirmədən 9 gündür həbsdə saxlayırlar və mənim vəkillərim dəyirlər ki, yaxın həftələrdə heç bir dinləmə gözlənilmir. Mənim seçkinin ikinci turu öncəsində ictimaiyyət qarşısında peyda olmamağıma aydın cəhd edilir. Ümid edirəm ki, bu işi görməzdən gəlmiyəcəksiniz”.