Saakaşvilidən Polşa baş nazirinə TƏŞƏKKÜR

Saakaşvilidən Polşa baş nazirinə TƏŞƏKKÜR

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Polşanın baş naziri Mateuş Moraveyskiyə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun rəsmi tviter səhifəsində paylaşım edilib.

 

“Baş nazir, dostunuzu çətin vəziyyətdə qoymadığınız üçün təşəkkür edirəm və mən Polşa xalqına minnətdaram. Yüksək peşəkar tibbi heyət göndərdiyiniz üçün təşəkkür edirik. Gürcüstan və Polşa əbədi olaraq birlikdədir”, – o qeyd edib.

 

Xatırladaq ki, polşalı həkim heyəti Tbilisidəki “Vivamed” klinikasına gələrək Saakaşvilinin vəziyyəti ilə tanış olmuş, öz tövsiyələrini klinika rəhbərliyinə çatdırmışdılar.

 

2021-ci ildə ölkəsinə qayıdarkən həbs olunan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ağır problemlər yaranıb. O, daha sonra müalicə müəssisəsinə köçürülüb.

Mənbə

Share: