Saakaşvilinin xaricə getməsinə icazə verilməyəcək

Gürcüstan hökuməti sabiq prezident Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinə icazə verməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

 

“Saakaşvili həbs edildiyi ilk gündən aclıq aksiyalarına başladı. Lakin yayılan görüntülərdə gördük ki, o, gizlincə qida qəbul edir. Saakaşvilinin müalicə alması üçün xaricə göndərilməsi əslində onun azadlığa buraxılması anlamına gəldiyi üçün buna imkan verilməyəcək”, – deyə o qeyd edib.

Mənbə

Share: