Gürcüstanın Xüsusi Penitensiar Xidməti bu ölkənin eks-prezident Mixail Saakaşvilinin zəhərlənməsi ehtimalı ilə bağlı yayılan məlumatla bağlı açıqlama yayıb.
Modern.az xəbər verir ki, Agentliyin açıqlamasına görə, heç kim xüsusi penitensiar xidmətə məhkum Mixeil Saakaşvilinin zəhərlənməsi ilə bağlı təsdiq edən rəsmi hesabat təqdim etməyib.
Bildirilib ki, məhkum Saakaşvili xəstəxanada həkim nəzarətindədir və müvafiq tibbi tədbirlər görülür:
“İctimaiyyəti yanlış məlumatlandırmamaq üçün hər kəsi yoxlanılmamış və əsaslandırılmamış məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, Mixeil Saakaşvilinin vəkili Valeri Qelbaxyani Mixeil Saakaşvilinin zəhərləndiyi barədə açıqlama verib.