Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Qara Nuru kəndində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu yaşadığı evin yaxınlığındakı beton su kanalına yıxılıb. K.Məmmədov köməksiz vəziyyətdə qalaraq suda boğulub ölüb.
Onun meyiti qohumları tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. (Trend)