“Sabah çox gec olacaq” – İran XİN

“Sabah çox gec olacaq” – İran XİN

Biz öz tərəfdarları vasitəsilə sionist rejimə elan etdik ki, Qəzzadakı cinayətlərini dayandırmasa, sabah çox gec olacaq.

Bunu İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan deyib.

Abdullahiyan “Əl-Cəzirə”yə müsahibəsində bildirib ki, İran bu vəziyyəti sadəcə seyr edə bilməz: “Müharibənin əhatə dairəsi genişlənərsə, Amerikaya böyük itkilər veriləcək”.

İranın xarici işlər naziri siyasi səylərin müharibənin yayılmasının qarşısını alacağına ümid etdiyini bildirib: “Çünki bundan sonra nə olacağını heç kim bilmir”.

Mənbə

Share: