Sabah Göyçayda 14 yaşlı qızın toyudur

Göyçay rayonu Çərəkə kəndində 14 yaşlı qız Ağsuya ərə verilir.

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

 

Sabah 14 yaşlı qıza toy çalınacağını vurğulayan hüquq müdafiəçisi aidiyyatı qurumlara çağırış edib.

 

K.Ağazadə eyni zamanda bildirib ki, məsələ barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

 

DİN-dən Modern.az-a bildirilib ki, məsələ nəzarətə götürülüb.

Mənbə

Share: