Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 12-16, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Fevralın 5-də Azərbaycanın şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 12-17, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 5-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi, axşam xəzri küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.