
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhid mülki şəxs Əsəddin Novruzov Curu oğludur.
Onun nəşinin qalıqları sabah saat 14.00-da Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.