Bakı Metropoliteni QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.
Qurumdan Milletinsesi.az-a verilən məlumata görə, sabah sərnişin axını daha çox olduğu 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.
Proqrama milli və klassik musiqi nümunələri daxil olacaq. Canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək:
– “İçərişəhər” stansiyası – saat 11:00-12:30;
– “Sahil” stansiyası – saat 12:00-13:30.
– “28 May” stansiyası – saat 13:00-14:30;
– “Xətai” stansiyası – saat 14:00-15:30.