Sabah – oktyabrın 31-də Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı ictimai dinləmə keçiriləcək.
Moderator.az-ın xəbərinə görə, “Qərbi Azərbaycan Toponomləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçiriləcək dinləmə parlamentin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə baş tutacaq.
Toplantıda Milli Məclisin Toponomiya komissiyasının üzvlərinin, Qərbi Azərbaycan İcmasının nümayəndələrinin iştirakı nəzərdə tutulur.