“Sabah” Tovuz klubunu məğlub etdi 

“Sabah” Tovuz klubunu məğlub etdi 

Aprelin 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tur çərçivəsində “Turan Tovuz” komandası öz meydanında “Sabah”la üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, Tovuz şəhər stadionunda oynanılan matçda qonaq komanda 2:0 hesablı qələbə qazanıb.

 

Qolların hər ikisini Aleksey Kaşuk vurub. Bununla da xallarının sayını 71 çatdıran “Sabah” turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub.

 

“Turan Tovuz” komandası 29 xalla altıncı pillədədir.

Mənbə

Share: