“Sabah” və “Kəpəz” futbolçulara, “Səbail” kənar şəxslərə görə cərimələndi

“Sabah” və “Kəpəz” futbolçulara, “Səbail” kənar şəxslərə görə cərimələndi

AFFA İntizam Komitəsi “Sabah” və “Kəpəz” klublarını cərimələyib.

 

Moderator.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “bayquşlar” 5 oyunçusu “Turan Tovuz”a 0:3 hesabı ilə uduzduqları V turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək.

 

Gəncə təmsilçisinin isə 4 üzvü “Araz-Naxçıvan”a 1:2 hesabı ilə yenildikləri qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb.

 

“Səbail” klubu “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi matçda meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat cərimələnib.

 

Mənbə

Share: