“Sabah”ın futbolçusu əməliyyat olundu

 “Sabah”ın futbolçusuAnatoli Nuriyev ikitərəfli qasıq yırtığından əməliyyat olunub. 

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində keçirilən əməliyyat uğurla başa çatıb.

Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.

Share: