“Sabah”ın qələbə həsrəti yeddi oyuna çatıb

“Sabah”ın qələbə həsrəti yeddi oyuna çatıb

Azərbaycan Premyer Liqasında IX tur davam edir.

Günün ikinci oyunu Bakıda keçirilib.

Mövsümə uğursuz start verən “Sabah” yenidən elitaya qayıdan “Araz-Naxçıvan”ı sınağa çəkib. “Zirə” və “Neftçi”ni məğlub etməklə diqqət çəkən “Araz-Naxçıvan” zəngin heyətə malik daha bir komanda “Sabah” önündə uğurlu çıxışını davam etdirib.

Matçda hesabı qonaqlar açıblar. 76-cı dəqiqədə İshak Belfodil avtoqol müəllifi olub. 6 dəqiqə sonra Anatali Nuriyev bərabərlik qolunu vurub. Beləliklə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla “Sabah”ın qalibiyyətsiz oyunlar seriyası 7-yə çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Turan Tovuz”u 2:1, “Səbail” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” görüşləri oktyabrın 8-də keçiriləcək.

Mənbə

Share: