“Sabah”ın təklif göndərdiyi məşhur hücumçu bu kluba keçdi

Tanınmış braziliyalı futbolçu Vaqner Lavın yeni klubu müəyyənləşib.

Milletinsesi.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu karyerasını vətənində davam etdirəcək. Onun B seriyası təmsilçisi “Paysandu” ilə anlaşdığı bildirilib.

Qeyd edək ki, Vaqnerə təklif göndərən klublar arasında Azərbaycanın “Sabah” klubu da olub. Sonradan komandanın baş məşqçisi Murad Musayev deyib ki, Vaqner Lavla maddi məsələlərdə anlaşa bilmədiklərindən onun transferi baş tutmayıb.

 

Share: