Sabiq baş prokurorun dünyasını dəyişməsi xəbəri yayıldı…

Sosial şəbəkədə sabiq baş prokuror İxtiyar Şirinin vəfat etməsi xəbəri yayılıb.

Xatırladaq ki, 1952-ci ildə Beyləqan rayonunda anadan olan İ. Şirinov 1992-ci ilin oktyabrından 1993-cü ilin 30 iyununadək Azərbaycanın baş prokuroru olub.

1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

Moderator.az mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Mənbə

Share: