Televiziya cəmiyyətin parçalanmasında müəyyən rol oynayır.
Modern.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi ilə bağlı müzakirələrdə deyib.
“Televiziya bir vaxtlar cəmiyyətin inkişafında rol oynayırdı, amma bu gün əksinə olaraq cəmiyyətin parçalanmasında rol oynayır. Televiziyalarda şou-proqramlar, xüsusi aparıcıların bəzi xüsusi verilişləri çox ciddi narahatlıqlar doğurur”, – deyə deputat iradlarını bildirib.