Sabirabadda ağır qəza: 2 gənc, 1 yeniyetmə öldü

Sabirabadda ağır qəza: 2 gənc, 1 yeniyetmə öldü

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.

Millətin Səsi.az  xəbər verir ki, hərəkətdə olan yük maşını “QAZ-2410” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Fərid Amil oğlu Hümbətov, 2001-ci il təvəllüdlü Cəmil Vüqar oğlu Məmmədli və 2010-cu il təvəllüdlü Nihad Mahir oğlu Məmmədli ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Share: