Sabunçuda ikimərtəbəli yaşayış evində yanğın oldu

Bakıda ikimərtəbəli evdə yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində sahəsi 30 m² olan bir otaqda lambirdən ibarət tavan 10 m² sahədə və 1 ədəd divan yanıb. Yüksək temperaturdan evin dam örtüyünün taxta atmaları 5 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə

Share: