Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı açıqlama verilib

Bakı Şəhər İcra Hakimiyyəti Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.

Milletinsesi.az xəbər verir ki, qurumun Mətbuat Xidmətindən  verilən məlumata görə, Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşməsi, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu. Bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb. Bütün bunlar görkəmli tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək.

Digər tərəfdən, Xətainin heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq.

Heykəlin köçürülməsi ona heç bir xələl gətirilmədən müvafiq qurumların nəzarəti ilə peşəkar şirkət tərəfindən həyata keçirilib.

Share: