“Bakıda Rusiya şirkətlərinin şourumun açılış tədbirinin keçirilməsi ikitərəfli iqtisadi əlaqələrimizin inkişafında böyük rol oynayır, məqsədlərimizə çatmağa kömək edir”.
Millətin Səsi.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakı Biznes Mərkəzində fəaliyyətə başlayan şourumun açılışında bildirib.
O qeyd edib ki, bu tədbirlərdə iştirak öz bəhrəsini verəcək:
“Bizim sahibkarlar burada yaxşı platforma ilə tanış olacaqlar. Düşünürəm ki, bu platformalar sayəsində yaxşı nəticələr əldə edəcəyik”.
Sərgidə Rusiya Federasiyasının Ryazan vilayətindən olan 57 istehsalçı iştirak edir. Onlar 500-dən çox məhsul və İT həllər təqdim ediblər. Ryazan vilayəti rəhbərliyinin nümayəndəliyinin müavini Artyom Nikitin bildirib ki, bu məhsullar yerli bazarın tələbatlarına uyğundur.
A.Nikitin qeyd edib ki, bu tədbir Azərbaycan və Rusiya arasında işgüzar əlaqələrin qurulmasına, ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcək: “Burada məhsullarla tanış olan iş adamları onları maraqlandıran şirkətlərlə danışıqlar aparmaq imkanı əldə edəcəklər”.