“26 oktyabr tarixini İran milli inqilabının başlanğıc günü hesab edirəm. Bu gün öz torpağında qəddar rejim tərəfindən öldürülən gənc qız Məhsa Əmininin 40-dır”.
Modern.az xəbər verir ki, bunu İran şahının mühacirətdəki oğlu Rza Pəhləvi növbəti müraciətini bildirib.
Rza Pəhləvi oktyabr ayının onun üçün xüsusi önəm daşıdığını qeyd edib.
“Oktyabrın 4-ü tarixinin mənim üçün başqa bir mənası var: çox əzab-əziyyətdən sonra qərib torpaqda, dərin hüznlə dəfn edilən atamın doğum günüdür (1979-cu ildə devrilmiş şah Məhəmmədrza Pəhləvi-red.)”.
Rza Pəhləvi deyib ki, vətən həsrəti ilə qərib diyarda yaşamaq neçə-neçə sürgün iranlının illərdir çəkdiyi əzab-əziyyətdir.
“Hamımız zəfər gününü, vətənin dini diktaturanın zülm zəncirlərindən azad olunmasını gözləyirik.
İranlı qadınların ayağa qalxması ilə başlayan etirazların davam etməsi və genişlənməsi ilə o gün yaxındır; xalqın düşmənlərinin düşündüyündən daha yaxındır”, – Rza Pəhləvi deyib