Şahruddin Almaniyada əməliyyat olundu

Şahruddin Almaniyada əməliyyat olundu

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan millisinin rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

31 yaşlı qolkiper sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

Share: