Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında yüksəldi

Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında yüksəldi

Liverpul”un futbolçusu Məhəmməd Salah növbəti uğuruna imza atıb.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, o, bunu Premyer Liqanın 1-ci turunda “Bunrmut”la görüşdə (4:2) qol vurmaqla bacarıb. 33 yaşlı hücumçu İngiltərə çempionatındakı qollarının sayını 187-yə çatdırıb. Bununla da o, Premyer Liqa tarixinin bombardirləri siyahısında 4-cü yerə yüksəlib.

 

 

Sıralamaya 260 qolla Alan Şirer liderlik edir. Harri Keyn 213 qolla 2-ci, Ueyn Runi isə 208 qolla 3-cüdür.

Qeyd edək ki, misirli forvard 2017-ci ildən “Liverpul”un formasını geyinir.

Share: