Salyan xəstəxanasına yeni direktor təyin edildi

Salyan xəstəxanasına yeni direktor təyin edildi

Səmədova Şirinxanım Vaqif qızı Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub.

 

“Report”un Aran bürosunun məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb.

 

Qeyd edək ki, Ş.Səmədova 1974-cü ildə Salyanda anadan olub. Son təyinatadək Şirvan Şəhər Uşaq Poliklinikasının müdiri işləyib.

 

Xatırladaq ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının əvvəlki direktoru Ramil Qasımov idi.

 

Mənbə

Share: