Salyanda avtomobil velosipedlə gedən yeniyetmələri vurdu, ölən var

Salyanda avtomobil velosipedlə gedən yeniyetmələri vurdu, ölən var

Salyanda avtomobil iki yeniyetməni vurub, onlardan biri ölüb.

 

Hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Salyan sakinləri, 2007-ci il təvəllüdlü Abbasov Əfqan Yamin oğlu və 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlunu vurub.

 

Abbasov Əfqan aldığı xəsarətlərdən xəstəxanada ölüb, Abbasov Murad isə Salyan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

16:51

 

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Mirzəyev Cəbrayıl Elşah oğlu hərəkətdə olan VAZ-2106 nömrəli maşınla  kənd sakinləri – 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-ci il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: