Salyanda qəzada şairə Çığatelin oğlu ağır xəsarət alıb, nəvəsi ölüb- YENİLƏNİB

Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

 

“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı Çığatel də xəsarət alıb.

 

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

 

Qeyd edək ki, qəzada ağır xəsarət alan Ayaz Qasımov şairə Çığatelin oğlu, həyatının itirən azyaşlı isə nəvəsidir.

 

***

 

saat 12.09

 

Salyanda iki minik avtomobili toqquşub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

 

“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

saat 11.59

 

Salyanda avtomobil qəzaya uğrayıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Qəza zamanı bir nəfər ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: