“Şamaxı” “Zirə”yə qalib gəldi, “Turan Tovuz” ” Sabah”a qarşı – Yenilənir

“Şamaxı” “Zirə”yə qalib gəldi, “Turan Tovuz” ” Sabah”a qarşı – Yenilənir

Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb.

Turun açılış qarşılaşmasında “Şamaxı” öz meydanında “Zirə”ni qəbul edib. Bölgə təmslçisi oyunda geridönüş edərək paytaxt klubuna qalib gəlib.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” doğma stadonda “Sabah”ı sınağa çələcək. 13 oyundan 28 xalı olan paytaxt təmsilçisi turnir cədvəlində ikinci, Tovuz klubu isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda “Sabah” “Turan Tovuz”a 2 cavabsız qolla qalib gəlib.

13 dekabr (şənbə)

14:00. “Şamaxı” – “Zirə” – 2:1

Qollar: Georgi Papunaşvili, 8 (0:1), Alfons Msanqa, 54 (1:1), Karim Rossi, 61-pen. (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

16:30. “Turan Tovuz” – “Sabah”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu

14 dekabr (bazar)

14:00. “Kəpəz” – “Qəbələ”

17:30. “Qarabağ” – “Araz-Naxçıvan”

15 dekabr (bazar ertəsi) 

14:00. “İmişli” – “Karvan-Yevlax”

19:00. “Neftçi” – “Sumqayıt”

 

 

Bombardirlər:

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) – 7 qol

Coy-Lens Mikels (“Sabah”) – 7 qol

Toral Bayramov (“Qarabağ”) – 5 qol

Aleksandr Ramalinqom (“Sumqayıt”) – 5 qol

Karim Rossi (“Şamaxı”) – 5 qol

Share: