Yanvarın 13-də Şamaxı rayonunda maqnitudası 3.4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:12-də qeydə alınıb.
Ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.