Şamaxıya qar yağıb.
Oxu.az xəbər verir ki, iki gündür davam edən şaxtalı hava bu gün yerini qarla əvəzləyib.
Axşam saatlarından başlayaraq sulu qar, ardınca qar yağıb.
Qar, əsasən, rayonun dağlıq ərazilərinə – Pirqulu, Qizmeydan, Dəmirçi və Pirbəhli kəndlərində müşahidə edilib. Avtomobil yollarında hər hansı bir çətinlik yaranmayıb.
Hazırda qar yağıntısı davam edir.