Samir Abasov 3 futbolçunun “Sumqayıt”da qalmasını istəyir

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov ötən mövsümün heyətindən yalnız 3 futbolçunun mütləq komandada saxlanılmasını istəyir.

Həmin oyunçulardan ikisi yerli, biri isə əcnəbidir.

Mütəxəssis müdafiəçi Elvin Bədəlov və yarımmüdafiəçi Murad Xaçayevin başa çatan müqaviləsinin yenilənməsinin tərəfdarıdır. O, əcnəbilərdən də Murata Masakinin performansından məmnundur. Yaponiyalı yarımmüdafiəçinin “gənclik şəhəri” təmsilçisi ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir. Legioner anlaşmasının sonuna qədər komandada qalacaq.

Samir Abasov müqaviləsi davam edən şimali makedoniyalı müdafiəçi Todor Todoroski barədə qərar verməkdə isə tərəddüd edir.

2022/2023 mövsümünü uğursuz keçirən “Sumqayıt”da müqaviləsi bitən digər oyunçuların gedişi baş məşqçi üçün problem deyil. 45 yaşlı mütəxəssis yay fasiləsində heyətdə köklü islahatlar aparmağa hazırlaşır.

Qeyd edək ki, “Sumqayıt” geridə qalan mövsüm Premyer Liqada 31 xalla yeddinci yeri tutub.

Mənbə

Share: