Samux sakinindən “tiryək” aşkarlandı

Samux sakinindən “tiryək” aşkarlandı

Samux sakinində narkotik aşkar olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Elməddin Quliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “tiryək” aşkar edilib.

 

Saxlanılan şəxs  maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Mənbə

Share: