“Sanksiyalara cavab olaraq inteqrasiyanı gücləndiririk”

“Sanksiyalara cavab olaraq inteqrasiyanı gücləndiririk”

Rusiya və Belarus arasında inteqrasiya prosesi davam edir.

 

Modern.az “BELTA”ya istinadən xəbər verir ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya və Belarus İttifaqı qanunverici orqanının iclası keçirilib.

 

İclasda çıxış edən Belarusun iqtisadiyyat naziri Aleksandr Çervyakov inteqrasiya prosesinin sürətləndirilməsinin vacib olduğunu vurğulayıb.

 

“Sanksiyalara cavab olaraq inteqrasiya prosesini gücləndiririk”, – deyə nazir bildirib.

 

Qeyd edək ki, Rusiya və Belarus arasında ittifaq dövlətinin qurulması prosesi 1999-cu ildən bəri davam edir.

Mənbə

Share: