Saqqız, ağ şokolad və diş məcununda olan ölümcül təhlükə

Saqqız, ağ şokolad və diş məcununda olan ölümcül təhlükə

Dünyanın bəzi ölkələrində şokolad, saqqız və diş məcununun tərkibinə daxil edilən titan dioksidi qadağan olunur.

Titan dioksidi E171 kimi işarə olunur və sadaladığımız məhsullardan əlavə dükanlarda satılan paketlənmiş ağ souslara, krab çubuqlarına və bəzi digər məhsullara ağ rəng vermək üçün əlavə olunur.

Hələ 2017-ci ildə aparılmış elmi araşdırma göstərib ki, E171 qida əlavəsi insan sağlamlığına ziyan vura bilər və hətta şiş xəstəliklərinin inkişafına təkan verə bilər.

Saglamolun.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu maddə bağırsaqların divarlarınını zədələyir, mikrofloranı pozur, ağciyər və qaraciyərə daxil olur.

Fransa alimləri araşdırma zamanı aşkar ediblər ki, bu qida əlavəsi siçovullarda xərçəng xəstəliklərinin riskini 40% artırır.

Gələn ildən Fransada E1712 qida əlavəsinin istifadəsinə icazə verilməyəcək.

Rusiya alimləri də təsdiq edir ki, titan diokisidnin diş emalına mənfi təsir edir, qaraciyər, böyrək və ürəyin funksiyalarına mənfi təsir edir, xərçəngin riskini artırır.

Dükanlarda hər hansı məhsul aldıqda tərkibində E171 maddəsinin olub-olmadığına fikir verin.

 

Share: