Saratov vilayətində yanğında 3 nəfər ölüb

Rusiyanın Saratov vilayətinin Krasnokutsk rayonunda yaşayış evində baş vermiş yanğında üç nəfər ölüb.

 

Bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsi məlumat verib.

 

Qeyd olunub ki, Axmat kəndində fərdi evdə yanğın baş verməsi barədə qonşular bildirib.

 

“Çağırış üzrə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Evdə 54, 57 və 59 yaşlı üç vətəndaş olub, onlar yanğın nəticəsində keçiniblər”, – məlumatda deyilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, aprelin 9-da yanğın Moskva vilayətinin Voskresensk şəhərində altı nəfərin həyatına son qoyub.

Mənbə

Share: