
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Mişel Ərdoğanı təbrik edib.
Liderlər regional məsələləri müzakirə edib və Türkiyənin Avropa İttifaqına üzvlüyü barədə fikir mübadiləsi aparılıb.
Ərdoğan bütün səviyyələrdə təmasların artırılmasının vacibliyini bildirib.