Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə o tviterdə yazıb.
Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, orada prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
“Oktyabrın 28-də Özbəkistana səfər edəcəm və prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacam”, – Avropa İttifaqı Şurasının rəhbəri deyib.
Mişel qeyd edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.