Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezdenti Şarl Mişel arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Ş.Mişel dialoq və sülhü təşviq etməyə hazır olduğunu təsdiqləyib.