Satanovski Mariya Zaxarovadan sonra Dmitri Medvedevi təhqir etdi

Satanovski Mariya Zaxarovadan sonra Dmitri Medvedevi təhqir etdi

“Putin öz yerinə bu xırda,  zəif, ifrazata bənzər varlığı qoyacaq…”

 

“Putin güclü liderdir, lakin onun ölkəyə rəhbərlik etməsi və kadrları necə seçməsi barədə mənim öz düşüncələrim var…”

 

“Rusiya üçün “X” günü, onun parçalanması cari yüzilliyin 30-cu illərinə təsadüf edəcək…”

 

Rusiyalı şərqşünas alim, professor Yevgeni Satanovski güman edir ki, Rusiyanın parçalaması, ehtimal ki, cari yüzilliyin 30-cu illərinə təsadüf edəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə “24tv.ua” nəşri yazıb.

 

Xəbər verdiyimiz kimi, bu günlər Yevgeni Satanovski Rusiya XİN spikeri Mariya Zaxarovanın ünvanına sarsıdıcı tənqid yağdırıb, İsrail əleyhinə mövqeyinə görə onu “içki düşkünü olan fahişə” adlandırıb.

 

Milliyyətcə yəhudi olan siyasətçini qıcıqlandıran bütövlükdə Rusiya XİN, o cümlədən Rusiya diplomatiyasının rəsmi nümayəndəsinin yəhudi dövlətini İsrailin Qəzza bölgəsində “Əl-Əhli” xəstəxanasına, guya, etdiyi zərbə səbəbindən hərbi cinayətlərdə və “qeyri-insani” davranışlarda ittiham etməsi olub.

 

“Baxın, Maşa Zaxarova prinsipcə yəhudiləri o qədər də xoşlamır, İsraildən isə zəhləsi gedir və bunu heç gizlətmir də, daha bir içki düşkünü olan fahişə hələ də XİN-in spikeridir”, – Satanovski deyib.

 

Bu fikirlər Vladimir Solovyovun xoşuna gəlməyib, bundan sonra o, təbliğatçını özünün “Solovyov LIVE” kanalından işdən çıxarıb.

 

Satanovski cavabsız qalmayıb. O, bəyan edib ki, dediklərindən peşiman deyil, üstəlik, bu dəfə Putinlə Medvedevi tənqidə məruz qoyub.

 

“Mən heç vaxt heç nəyə təəssüf etmirəm, bu, mənim tərzim və davranışımdır”, – o, deyib.

 

O, əlavə edib ki, Vladimir Solovyov onu işdən çıxarmaqla yeganə düzgün qərar verib. Bunun onun maddi vəziyyətinə nə dərəcədə təsir edəcəyi barədə suala cavabında Satanovski deyib ki, o, təqaüdçüdür.

 

“Həmişə olduğu kimi, güclü liderlər zəifləri seçir, Putin isə hakimiyyəti qoruyub saxlamaq nöqteyi-nəzərdən çox güclüdür.

 

Hərçənd, onun ölkəyə necə rəhbərlik etməsi, kadrları necə seçməsi, mənim bu barədə nə düşünməyim bir başqa mövzudur.

 

Deməli, bu kadrlardan o, hansısa xırda, zəif və ifrazata bənzər varlığı öz yerinə qoyacaq. Məsələn, Medvedev buna nümunə olub, – Satanovski vurğulayıb və Rusiya Federasiyasının parçalanma zamanını müəyyən edib.

 

“Bizim ölkəmiz üçün “X” saatı, mümkün parçalanma, haradasa, 30-cu illərdə olacaq, çünki Putin əbədi deyil, o, qocalmaqdadır”, – Satanovski deyib.

Mənbə

Share: