“Müttəfiq ölkələr Ukraynaya çox yardım göstərib, yardım dünyanın aparıcı ölkələrindən daxil olub…”
“Ukraynanın Rusiya ilə müharibəsində qələbəsi üçün yeganə ümid ABŞ-ın yardımınadır…”
Rusiyanın tammiqyaslı müharibəsi başlanandan Şimali Amerika, Avropa və Asiya ölkələrindən Ukraynaya 178 milyard dollardan artıq məbləğində yardım edilib.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
Avropa İttifaqı və onun üzv-dövlətləri Ukraynaya 148, 5 milyard dollar (138 milyard avro) yardım edib. Bu məbləğə bu yaxınlarda 50 milyard avro dəyərində elan edilən yardım paketi də daxildir.
Avropadan yardım
Böyük Britaniya 2022-ci ilin fevralından Ukraynaya ümumi dəstək üçün 15, 1milyard dollar ayırmağı vəd edib, onlardan 9 milyardı hərbi yardım üçün nəzərdə tutulub.
Norveç bu yaxınlarda Ukrayna ilə dəstək proqramı çərçivəsində 2023-2027-ci illərdə 7 milyard dollar ayıracağı ilə bağlı çoxillik saziş bağlayıb.
Bu ölkə Ukraynaya hər il təxminən 1, 4 milyard dollar ayıracağını vəd edib və artıq 2023-cü ildə təxminən bir milyard dollar və 2023-cü ildə təxminən 1, 9 milyard yardım edib.
Türkiyə tərəfindən onun “Bayrak” pilotsuz uçuş aparatlarının aparıcı istehsalçısı ilə əməkdaşlıq çərçivəsində edilib.
2023-cü ilin sentyabrında Türkiyə PUA-lar istehsalı üzrə yeni müəssisənin və “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına xidmət üzrə servis mərkəzinin açılacağını anons edib. Zavod və servis mərkəzi 2025-ci ilin əvvəlində işə başlayacaq.
Şimali Makedoniya 2023-cü ilin noyabrınadək Ukraynaya 10 partiya hərbi yardım, o cümlədən sovet dönəminin hərbi texnikasını verib. Bu ölkə həmçinin bir qrup ukraynalı hərbi qulluqçunun təlimini keçirir və Ukraynaya dəstək göstərməkdə davam edir.
Şimali Amerikadan yardım
Kanada tammiqyaslı savaş başlanandan Ukraynaya hərbi yardım üçün 1, 8 milyard dollar ayırıb. Bundan başqa, Kanada hərbçiləri 2015-ci ildən ukraynalı hərbçi və Təhlükəsizlik Xidməti əməkdaşlarının təlimini həyata keçirib və Kanada bu proqramı 2026-cı ilin martınadək genişləndirəcək.
Asiya ölkələrindən yardım
Cənubi Koreya Ukrayna üçün çox vacib olan 155 mm kalibrli artilleriya mərmilərinin istehsalını genişləndirir. Bunlar Qərb ehtiyatlarını doldurmaq və Ukraynaya döyüş sursatları tədarükünün davam etdirilməsinə dəstək üçün lazımdır.
Eyni zamanda Yaponiya ötən ilin dekabr ayında Ukraynaya 4, 5 milyard dollar yardım edəcəyini, həmçinin 2024-cü ilin yanvarında əlavə olaraq NATO fonduna Ukraynanın müdafiəsinə əlavə dəstək üçün 37 milyon dollar ayırmağı vəd edib.
Avstraliya və Yeni Zelandiyadan yardım
Avstraliya 2023-cü il oktyabrın sonunadək Ukraynaya 590 milyon dollar məbləğində hərbi və humanitar yardım edib.
Yeni Zelandiya Ukraynaya 48, 7 milyon dollar hərbi və humanitar yardım edib.
Ukraynaya yardım
Polşa prezidenti Anjey Duda bəyan edib ki, ABŞ-ın yardımı Ukraynanın Rusiya ilə müharibədə qələbəsi üçün yeganə ümiddir.
Lakin “The New York Times” nəşri qeyd edib ki, ABŞ-ın Ukraynaya hərbi yardımına yaxşı nəzarət edilməyib.