Seçici fəallığı yüksəkdir – ƏRDOĞAN

“Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalıb”.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti, “Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Ərdoğan bildirib ki, seçici fəallığı kifayət qədər yüksəkdir.

 

Dövlət başçısı bir daha seçiciləri səsvermədə daha fəal iştirak etməyə çağırıb: “Arxayınlaşmaq olmaz. Hər kəs səsinə sahib çıxmalıdır”.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Mənbə

Share: