Seçkilər ölkəmizin yarım əsrini müəyyən edəcək

Türkiyədə tarixi seçki keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Malatya şəhərində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

“Bu seçkilər təkcə önümüzdəki 5 ili deyil, həm də ölkəmizin və millətimizin gələcək dörddəbir əsrini, yarım əsrini müəyyən edəcək”, – deyə Ərdoğan söyləyib.

 

O vurğulayıb ki, kimin nə etdiyi, nə dediyi, kimin kiminlə gəzdiyi göz qabağındadır. 

 

“CHP parlamentdə PKK terror təşkilatının uzantıları ilə bir hərəkət etmirmi? Terror təşkilatlarının Qəndildəki başçıları oradan göstəriş verirmi? Elə isə 14 mayda övladlarımızı dağa qaçıran terror təşkilatının başçılarına, onların parlamentdəki üzvlərinə, PKK-ya, YPG-yə dərs verəcəyikmi? Bu seçkilərdə təkcə ittifaqlar və namizədlər rəqabət aparmır. Eyni zamanda Qərb bu seçkilərdə göstərişlər verir”, – Türkiyə lideri əlavə edib.

Mənbə

Share: