
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop prezident və parlament seçkilərində səs verib.
Modern.az Türkiyə mediasına istinadən xəbər ki, sədr səsvermə hüququndan İstanbulda istifadə edib.
Jurnalistlərə açıqlamasında bütün namizədlərə uğurlar arzulayan M.Şəntop: “Seçkilər qaydalara uyğun şəkildə keçirilir. Türkiyədə indiyə kimi 110-a yaxın seçki olub. 1950-ci ildən bəri Türkiyədə seçkilər yaxşı keçir”, – deyib.
Qeyd edək ki, parlamant sədri səsvermədə xanımı və övladları ilə birlikdə iştirak edib.


