“2023-cü ildə keçiriləcək seçkilərdə tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim partiyanın mitinqdə deyib.
“Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik”, – Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə gələn il parlament və prezident seçkiləri keçiriləcək.