“Sen Çal Kapımı” serialında dəyişiklik baş verib.
Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, ekran işinin ssenari müəllifi Ayşe Üner Kutlu layihədən ayrılıb.
Buna səbəb serialın reytinq nəticələrinin aşağı düşməsidir.
Ayşe Üner layihədən ayrılması ilə sosial media hesabında paylaşım edib.
“Bu gündən etibarən “Sen Çal Kapımı” serialı ilə yollarımızı ayırdıq. Ekran işinin produseri Asena Bülbüloğlu başda olmaqla Kerem Bürsin , Hande Erçel və digər aktyor heyətinə təşəkkür edirəm. Hər birinizə uğurlar arzu edirəm” – Üner bildirib.