Senatorlardan Baydenə: Tankları tez göndərin!

ABŞ senatorları Prezident Co Baydenə Polşaya tank və digər silahların tədarükünü sürətləndirmək üçün müraciət edib.

Axar.az xəbər verir ki, bir qrup senator 6 milyard dəyərində “Abrams” tankları və digər silahların tədarükünün tez bir zamanda göndərilməsinin labüd olduğunu bildiriblər.

“Sizdən xahiş edirik: Dövlət Departamentinə və Pentaqona dərhal göstəriş verəsiniz ki, bu tankların və digər hərbi texnikanın Polşaya mümkün qədər tez çatdırılması üçün bütün mümkün addımları atsınlar”, – senatorların müraciətində qeyd olunub.

Share: